...

Dünya türkün gücünü görsün və yerini bilsin - Səlçuk Bayraktar

Siyasət Digər xəbərlər 28 May 2022 16:10
TurkicWorld Daspina Hasanova
Dünya türkün gücünü görsün və yerini bilsin - Səlçuk Bayraktar

Bakı. TurkicWorld:

"Teknofest" müstəqilliyi, qardaşlığı, elmi və əxlaqı düstur edən bir ruhdur.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyənin “Baykar Makina” şirkətinin texniki direktoru Səlçuk Bayraktar mayın 28-də "Teknofest" festivalında çıxışı zamanı deyib.

O qeyd edib ki, bu festival yüksək texnologiyanı bütün cəmiyyətlə birlikdə inkişaf etdirmə səfərbərliyidir.

"Dünya türkün gücünü görsün və yerini bilsin. Bundan sonra üzərimizə düşən vəzifə türk uşaqlarının yolunu açmaq üçün dayanmadan çalışmaqdır. Ümid edirəm ki, bu yarışlardan çıxacaq gənclər bu ruhdan aldıqları ilhamla müstəqillik mübarizəsində ən irəlidə olacaqlar", -deyə o əlavə edib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti