Türk millətinin qəlbindəki Azərbaycan sevgisini heç kim çıxara bilməz - Rəcəb Tayyib Ərdoğan

Türk millətinin qəlbindəki Azərbaycan sevgisini heç kim çıxara bilməz - Rəcəb Tayyib Ərdoğan

Bakı. TurkicWorld:

Türk millətinin qəlbindəki Azərbaycan sevgisini heç kim çıxara, heç kim iki qardaşı ayıra, könüllər arasına sərhəd qoya bilməz.

TurkicWorld xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də "Teknofest" festivalında çıxışı zamanı deyib.

"Türkiyə və Azərbaycan əlaqələri Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çatıb. Azərbaycan və Türkiyə münasibətlərini dünyaya örnək olan bir səviyyəyə çıxardıq. Səfərimin Azərbaycanın qədim şəhəri olan "Şuşa ili"ndə baş tutmasının ayrıca önəmi var", - deyə R.T.Ərdoğan bildirib.