Türkiyə ilə Özbəkistan arasında təhlükəsizlik sahəsində təlim protokolu təsdiqlənib

Türkiyə ilə Özbəkistan arasında təhlükəsizlik sahəsində təlim protokolu təsdiqlənib

Bakı. TurkicWorld:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında təhlükəsizlik sahəsində təlim əməkdaşlığına dair Protokol”u təstiqləyib.

TurkicWorld-un məlumatına görə, bu barədə qərar "Resmi Gazete"də qeyd olunub.

Xatırladaq ki, bu əməkdaşlıq üzrə saziş iki ölkə arasında 30 aprel 2018-ci ildə Daşkənddə imzalanıb. Qərar imzalandığı gündən qüvvəyə minib.

Sənəd iki ölkə arasında təhlükəsizlik təlimi sahəsində əməkdaşlığın genişləndirilməsini və müvafiq istiqamət üzrə Türkiyə təcrübəsinin öyrənilməsini ehtiva edir.