Türk milləti olaraq tarixi bir günə şahidi olduq - Dövlət Bahçəli

Türk milləti olaraq tarixi bir günə şahidi olduq - Dövlət Bahçəli

Bakı. TurkicWorld:

14 may Türk milləti olaraq tarixi bir günə şahidi olduq, TurkicWorld-un məlumatına görə bunu Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçəli deyib.

“5 il ərzində dörd milyarddan çox türk lirası dəyərində sərmayə ilə tamamlanan Rizə-Artvin Hava Limanı şərq-qərb dəhlizində kəsişmə körpüsü və məsafələri qısaldan simvolik iş kimi seçilir.” -deyə Bahçəli bildirib.

Daha sonra o, hava limanının açılışda iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz təşəkkürlərini bildirib.

“Türkiyə-Azərbaycan iki ədəbi qardaş, iki dövlət, bir millətdir.” - deyə sədr vurğulayıb.

Qeyd edək ki, mayın 14-ü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan birlikdə Rize-Artvin hava limanının açılışını ediblər.

Xatırladaq ki, Rize-Artvin hava limanı Türkiyənin Ordu-Giresun hava limanından sonra dəniz doldurma ilə inşa edilən ikinci hava limanıdır.