Aİ Azərbaycanla əməkdaşlığı inkişaf etdirməyə çalışır - Fransa səfiri

Aİ Azərbaycanla əməkdaşlığı inkişaf etdirməyə çalışır - Fransa səfiri

Bakı. TurkicWorld:

Avropa İttifaqı (Aİ) Azərbaycanla məhsuldar əməkdaşlığa ümid edir.

TurkicWorld-un məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross ADA Universitetində keçirilən "Avropa günü"nə həsr olunmuş seminar zamanı deyib.

"Aİ həqiqətən də Azərbaycanla dərin əməkdaşlığı inkişaf etdirməyə çalışır. Biz Azərbaycanı tərəfdaş kimi görürük", - səfir deyib.

O ümidvar olduğunu bildirib ki, tərəflər arasında bu münasibətlər gələcəkdə də inkişaf edəcək.