Rusiya ilə Türkiyə Prezidentləri Ukraynanı müzakirə ediblər

Rusiya ilə Türkiyə Prezidentləri Ukraynanı müzakirə ediblər

Bakı. TurkicWorld:

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

TurkicWorld-un məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, prezidentlər Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, ötən gün R.T.Ərdoğan rusiyalı həmkarı ilə danışıqlar keçirmək niyyətində olduğunu bildirmişdi.