BMT-nin baş katibi Rusiya və Ukrayna prezidentləri ilə görüşmək niyyətindədir

BMT-nin baş katibi Rusiya və Ukrayna prezidentləri ilə görüşmək niyyətindədir

Bakı. TurkicWorld:

BMT-nin baş katibi Antonio Quttereş Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenskidən onu müvafiq olaraq Moskva və Kiyevdə qəbul etməyi xahiş edib.

TurkicWorld xəbər verir ki, bu barədə baş katibin sözçüsü Stefan Dujjarik bildirib.

Aprelin 19-da müvafiq məktublar Rusiya və Ukraynanın daimi nümayəndələrinə təqdim edilib.

Dujjarikin sözlərinə görə, A. Quterreş iki ölkə prezidentləri ilə Ukraynada sülhün bərqərar olması üçün təcili tədbirləri, eləcə də gələcək çoxtərəfli münasibətləri müzakirə etmək niyyətindədir.