Çavuşoğlu və Lavrov arasında telefon danışığı baş tutub

Çavuşoğlu və Lavrov arasında telefon danışığı baş tutub

Bakı. TurkicWorld:

Rusiya və Türkitənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu aralarında baş tutmuş telefon danışığı zamanı Ukraynada mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün XİN və Müdafiə Nazirliyi xətti ilə birgə addımları müzakirə ediblər.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya XİN yaydığı məlumatda deyilir.

Rusiya XİN rəhbəri Türkiyəli həmkarına bildirib ki, danışıqların nəticəsi tamamilə Kiyevin Rusiya Federasiyasının qanuni tələblərini nəzərə almağa hazır olmasından asılıdır.

Tərəflər həmçinin “3+3” formatının aktivləşdirilməsi də daxil olmaqla, Qafqazda nizamlanmaya kömək niyyətlərini təsdiqləyərək, ikitərəfli münasibətləri müzakirə ediblər.