Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında üçüncü görüşün yeri açıqlanıb

Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında üçüncü görüşün yeri açıqlanıb

Bakı. TurkicWorld:

Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç və Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan arasında növbəti görüşün yeri açıqlanıb.

TurkicWorld-un məlumatına görə, bu barədəTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında üçüncü görüş də Vyanada keçiriləcək.

Xatırladaq ki, xüsusi nümayəndələrin birinci görüşü Moskvada, ikinci görüş isə Vyanada keçirilib.