Azərbaycan Türkiyə Selçuk Bayraktar Baykar 28 May- Müstəqillik Günü

Selçuk Bayraktardan 28 May təbriki

BAKI,TurkicWorld

Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar Azərbaycan xalqını 28 May Müstəqillik Günü münasibətilə təbrik edib.

TurkicWorld xəbər verir ki, bu barədə Bayraktar X sosial media hesabından paylaşım edib.

"Can Azərbaycanın Müstəqillik Günü mübarək olsun"- deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, 28 May 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunaraq, müsəlman şərqində ilk demokratik respublika quruldu. Cümhuriyyətin baniləri arasında Məhəmməd Əmin Rəsulzadə kimi böyük şəxsiyyətlər yer alıb. Bu gün 28 May — Azərbaycanın dövlət müstəqilliyinin təməl günü olaraq Müstəqillik Günü kimi qeyd olunur.

Mövzuya görə xəbərlər