Son dəqiqə

Azərbaycan Rusiya Mixail Boçarnikov ŞƏT

Rusiya Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına müşahidəçi qismində daxil olmasını dəstəkləyir - Səfir

Bakı. TurkicWorld:

Rusiya Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) müşahidəçi qismində daxil olmasını dəstəkləyir.

TurkicWorld-un məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

"Azərbaycan beynəlxalq arenada böyük nüfuza malikdir, bu nüfuz artmaqdadır və ŞƏT-ə qoşulma bu tendesiyaya uyğun olardı", - M.Boçarnikov deyib.

Səfir qeyd edib ki, Azərbaycan və Rusiyanın ŞƏT-də birgə iştirakı ölkələr arasında ticari-iqtisadi və mədəni sahələrdə əməkdaşlığı gücləndirməyə imkan verəcək.

Mövzuya görə xəbərlər