Son dəqiqə

Azərbaycan Sahibə Qafarova Roma papası Fransisk

Sahibə Qafarova Roma Papasının dəfn mərasimində Azərbaycanı təmsil edəcək

Bakı. TurkicWorld:

Aprelin 25-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Roma Papası Fransiskin dəfn mərasimində iştirak etmək üçün İtaliyanın Roma şəhərinə səfər edəcək.

Bu barədə TurkicWorld-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Milli Məclisin sədri aprelin 26-da Santa Maria Maggiore bazilikasında keçiriləcək dəfn mərasimində ölkəmizi təmsil edəcək, Roma Papasının son mənzilə yola salınması tədbirlərinə qatılacaq.

Mövzuya görə xəbərlər