Fərrux kəndinin ordumuzun nəzarəti altına keçməsi Azərbaycanın növbəti zəfəridir – Deputat

Fərrux kəndinin ordumuzun nəzarəti altına keçməsi Azərbaycanın növbəti zəfəridir – Deputat

Bakı. Trend:

Fərrux kəndinin ordumuzun nəzarəti altına keçməsi Azərbaycanın növbəti zəfəridir. Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində Azərbaycan qələbələrini davam etdirməkdədir.

Bunu TurkicWorld-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, Fərrux kəndi Azərbaycanın tarixi torpağıdır. “44 günlük Vətən müharibəsində əldə olunan qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Fərrux kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdi.

“3 tərəfli bəyanatın 4 cü bəndinə əsasən, qanunsuz erməni birləşmələri Azərbaycan ərazilərindən çıxarılmalı idi, ancaq əfsuslar olsun ki, Rusiya sülhməramlıları 10 noyabr razılaşmasının müddəalarına əməl etmirlər, qanunsuz erməni silahlı birləşmələrini Azərbaycan ərazilərindən çıxarmaq əvəzinə onları bəsləməkdə davam edirlər”, - deyə deputat bildirib.

A.Həsənova bildirib ki, Azərbaycan 3 tərəfli bəyanatın bütün müddəalarının yerinə yetirilməsinə nail olacaq.

“Heç kimin şübhəsi olmasın ki, bütün qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ərazilərindən çıxarılacaq. Cənab Prezident İlham Əliyev nəyi, nə vaxt və necə etməyi çox yaxşı bilir. Fərrux kəndi artıq bizdədir. Bu o deməkdir ki, digər ərazilərdən də qanunsuz erməni silahlı birləşmələri çıxarılacaq.

Ermənilər bunu nə qədər tez anlasalar onlar üçün o qədər yaxşı olar. Onlar bilməlidir ki, qüdrətli Azərbaycan ordusu qarşısında duran hər bir tapşırığı yerinə yetirməyə hazırdır. Əgər qanunsuz erməni silahlı birləşmələri 10 noyabr bəyanatına uyğun olaraq Azərbaycan ərazilərindən çıxarılmayacaqlarsa, bu işi Azərbaycan ordusu görəcək”, - deyə A.Həsənova vurğulayıb.