Son dəqiqə

Azərbaycan Ermənistan Ceyhun Bayramov Antalya Diplomatiya Forumu Ararat Mirzoyan

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Türkiyənin Antalya şəhərində görüş keçirilib

Bakı, TurkicWorld

12 aprel 2025-ci il tarixində Antalyada keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.

Tərəflər Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin mətninin yekunlaşdırılmasından sonra normallaşma prosesinin hazırkı vəziyyətini müzakirə ediblər.

Nazirlər dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.

Mövzuya görə xəbərlər