Son dəqiqə

Azərbaycan ANAMA minatəmizləmə Böyük Britaniya mina terroru mina təhlükəsi mina partlayışı

Azərbaycan və Böyük Britaniya arasında humanitar minatəmizləmə əməliyyatları müzakirə edilib

Bakı, TurkicWorld

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə görüş keçirib.

Bu barədə TurkicWorld-ə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı, tərəflər işğaldan azad edilmiş ərazilərdə icra edilən genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları, Azərbaycanda mina təhlükəsi ilə mübarizə fəaliyyətinə beynəlxalq təşkilatların mümkün dəstəyi, eləcə də gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb.

Mövzuya görə xəbərlər