Bakı, TurkicWorld
26 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə yola düşüb.
TurkicWorld xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabındakı paylaşımda deyilir.
Səfər çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud ilə görüşü nəzərdə tutulub.





