Son dəqiqə

Azərbaycan Rusiya Aleksey Studnyarski Azərbaycan-Udmurtiya

2022-ci il Azərbaycanla münasibətlərin möhkəmlənməsinə hədəflənəcək - Rusiya səfirinin müşaviri

Rusiya ilə Azərbaycan arasında münasibətlər dinamik inkişaf edir.

TurkicWorld-un məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfirinin müşaviri Aleksey Studnyarski Bakıda "Azərbaycan-Udmurtiya" biznes forumu zamanı deyib.

Onun sözlərinə görə, iki ölkə arasında ticari-iqtisadi münasibətlər ötən il də dinamik inkişaf edib.

"Biz bütün sahələrdə Rusiya-Azərbaycan münasibətlərini yüksək qiymətləndiririk. Ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar 2022-ci il də əlaqələrin, o cümlədən regional münasibətlərin möhkəmlənməsinə hədəflənəcək", - deyə diplomat bildirib.

Mövzuya görə xəbərlər