Bakı, TurkicWorld
ABŞ və Ermənistan arasında olan münasibətləri xüsusi olaraq şərh etmək istəməzdim. Ancaq ümumilikdə onu qeyd edə bilərəm ki, həm Amerika Birləşmiş Ştatları, demokratlar administrasiyası, eyni zamanda bir sıra Avropa paytaxtları tərəfindən 2024-cü ildə biz Ermənistana birtərəfli dəstək faktlarını gördük.
TurkicWorld xəbər verir ki, bu sözləri bu gün 20 Yanvar faciəsi ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edərkən jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
"Yadınızdadırsa, hələ ötən ilin aprel ayının 5-də bundan öncə prezidenti olmayan Amerika dövlət katibi, Avropa İttifaqı Komissiyasının prezidenti, Ermənistan baş naziri arasında görüşlər keçirilmişdir. Yenə də ona hər hansı bir izahat vermək çətin idi. Xüsusi olaraq Ermənistan-Azərbaycan normallaşma prosesinin zidd bir mərhələsində özlərini vasitəçi kimi təqdim etməyə çalışan tərəflərin belə bir qərəzli yanaşması təbii ki, qəbuledilməzdir", - nazir bildirib.