Son dəqiqə

Azərbaycan Serbiya Visa

Azərbaycanla Serbiya arasında viza tələbi aradan qaldırıldı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununu təsdiqləyib.

TurkicWorld xəbər verir ki, sənədə əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” 2021-ci il oktyabrın 11-də Belqrad şəhərində imzalanmış Saziş təsdiq edilir.

Mövzuya görə xəbərlər