Bakı, TurkicWorld
Media nümayənəndələrinə tam azadlıq verilib.
TurkicWorld xəbər verir ki, bunu yanvarın 11-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin mətbəədə çapına başlanması prosesi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Onlar MSK-da heç bir akkreditasiyadan keçmədən təmsil etdikləri qurumun vəsiqəsini göstərməklə əvvəldən sonadək bütün prosesləri müşahidə edə biləcəklər", - o bildirib.
Onun sözlərinə görə, bunu etməkdə məqsəd seçkilərin şəffaflığı baxımından heç bir problemin yaşanmamasıdır.
Xəbər yenilənəcək