Bakı, TurkicWorld
Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün nəfər 16 708 müraciət edib.
TurkicWorld xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
"Namizədliyi irəli sürülənlərdən 16 460 nəfərə imza vərəqələri verilib, 16 023 nəfər imza vərəqələrini qaytarıb, 15729 nəfərin nаmizədliyi qeydə alınıb", - o bildirib.
Onun sözlərinə görə, hazırda qeydiyyatda qalan 15 696 nəfərdir, 33 nəfər prosesi dayandırıb, 1 nəfər isə vəfat edib.