Bakı, TurkicWorld
İordaniya Haşimilər Krallığının Xarici İşlər və Mühacirlərlə iş üzrə Nazirliyi Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan və xəsarət alanlarla bağlı Azərbaycana Respublikasının hökümətinə və xalqına dərin hüznlə başsağlığı bildirir.
TurkicWorld xəbər verir ki, bu barədə İordaniya XİN "Facebook" hesabında paylaşdığı bəyanatda qeyd edilib.
"Nazirliyin mətbuat katibi dr.Sufyan əl-Quda Krallığın bu faciəli hadisədə Azərbaycan hökumətinə və xalqına dəstəyini vurğulayır. O, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayır", - deyə bəyanatda vurğulanıb.
Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.
"İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub", - deyə Nazirliyin məlumatında bildirilir.
AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.