Aİ rəsmisi Azərbaycana təşəkkür edib

Aİ rəsmisi Azərbaycana təşəkkür edib

Avropa İttifaqının (Aİ) Azərbaycan üzrə nümayəndəsi Peter Mixalko Azərbaycan dövlətinə təşəkkür edib.

TurkicWorld-un məlumatına görə, P.Mixalko bildirib ki, Azərbaycan dövləti pandemiya dönəmində hər zaman tibb işçilərinə dəstək olub.

"Buna görə Azərbaycan dövlətinə təşəkkür edirəm. Azərbaycanla həmrəyik və əməkdaşlığımızı davam etdiririk.

Bizim bura toplaşmağımızın əsas məqsədi Azərbaycanla tərəfdaş olduğumuzu göstərməkdir. Bu gün əməkdaşlığımız xüsusən pandemiya dövründə daha əhəmiyyətlidir. Bu fürsətdən istifadə edərək pandemiya ilə ön cəbhədə mübarizə aparan tibb işçilərinə də dərin təşəkkürümü bildirmək istəyirəm. COVıD-19 hamımıza təsir göstərib.

Hesab edirəm ki, pandemiya ilə mübarizədə əməkdaşlığımız qlobal səviyyədə olmalıdır. Sonra da əməkdaşlığımızı davam etdirməli və dayanıqlı bərpa tədbirləri görülməlidir", - deyə Aİ rəsmisi bildirib.