Türkiyə ordusu Suriyanın şimalında 2 gündə 43 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu Suriyanın şimalında 2 gündə 43 terrorçunu zərərsizləşdirib

Suriyanın şimalında “Sülh bulağı” və “Fərat Qalxanı” antiterror əməliyyatları zonalarında iki gündə 43 YPG (PKK-nın Suriya qanadı) yaraqlısı zərərsizləşdirilib.

Trend xəbər verir ki, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Qeyd olunur ki, Suriyanın Əl-Bab, Dadat, Cibrin və Tall Malid bölgələrinin terrorçularının atəşə tutması nəticəsində 9 dinc sakinin öldürülməsinə, Türkiyənin Şirnak vilayətində minaatanlardan atəşə tutulması nəticəsində türk əsgəri Tarık Tarcanın həlak olmasına cavab olaraq Türkiyə Silahlı Qüvvələrinin bölmələri YPG/PKK-ya qarşı əməliyyat təşkil edib.

Türkiyə bölgədə sabitliyi pozmağa çalışan PKK/YPG ilə qətiyyətlə mübarizəni davam etdirəcək.