Bakı. TurkicWorld:
Bakıda Parlamentlərarası İttifaqın və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkil etdiyi COP29 çərçivəsində Parlament Görüşünün ikinci günü işə başlayıb.
TurkicWorld xəbər verir ki, görüş zamanı “İqlimlə bağlı həssaslığın aradan qaldırılması: iqlim fəaliyyətinə hərtərəfli və ədalətli yanaşmanın təşviqi”, İqlim dəyişikliyi ilə mübarizə aparmaq və ədalətli girişi təmin etmək üçün texnologiyadan istifadə”, “Dəyişən iqlim şəraitində sağlamlığı və ərzaq təhlükəsizliyini qorumaq üçün tədbirlər”, “İnsan hərəkətliliyi və iqlim dəyişikliyinin idarə edilməsi: iqlimlə bağlı miqrasiya və yerdəyişmə probleminin həlli”.
Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb. Tədbirdə Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, həmçinin Parlamentlərarası İttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirak edirlər.
İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirak edir.