Son dəqiqə

Azərbaycan XİN

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Bakı, TurkicWorld

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana Kvetta şəhərindəki dəmiryol vağzalında törədilən terror aktında həlak olanlarla bağlı baş sağlığı verib.

TurkicWorld xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşılıb.

"Bu gün Pakistanın Kvetta şəhərindəki dəmiryol vağzalında törədilən dəhşətli terror aktını qətiyyətlə pisləyirik. Bu dəhşətli hücumda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik", - paylaşımda deyilir.

Mövzuya görə xəbərlər