Son dəqiqə

Cahid Bağçı

Cahit Bağcı 8 Noyabr Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib

Bakı, TurkicWorld

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı 8 Noyabr Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.

TurkicWorld xəbər verir ki, bu barədə diplomat "X" sosial media hesabında paylaşım edib.

"Bu gün 44 günlük vətən müharibəsinin şanlı qələbə ilə taclandığı gündür. Bu gün üçrəngli bayrağın azad Qarabağın ən uca zirvələrində dalğalandığı gündür. Bu gün minarələrdən yüksələn "Allahu Əkbər" sədalarının azad Qarabağda əks-səda verdiyi gündür. Qardaş Azərbaycan xalqını 8 Noyabr Zəfər Günü münasibəti ilə ürəkdən təbrik edir, bu şanlı qələbədə şəhid olan bütün qəhrəmanlara uca Allahdan rəhmət, yaxınlarına ve döyüş yoldaşlarına başsağlığı verir, veteranlara cansağlığı uzun və sağlam ömür arzulayıram. Qələbən mübarək olsun qardaşım", - deyə paylaşımda bildirilib.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.

Mövzuya görə xəbərlər