Bakı. TurkicWorld:
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüș sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir.
Müdafiə Nazirliyindən TurkicWorld-a verilən məlumata görə, döyüş sursatlarının məhv edilməsi prosesi 21.10.2024-cü il tarixdən 25.10.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.