Bakı, TurkicWorld
Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının XI Zirvə toplantısının keçiriləcəyi yer və vaxt məlum olub.
TurkicWorld xəbər verir ki, bu barədə TDT-nin rəsmi saytında yerləşdirilən proqramda məlumat verilir.
Məlumata əsasən, TDT dövlət başçılarının XI Zirvə toplantısı 5-6 noyabr 2024-cü il tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində baş tutacaq.