Bakı, TurkicWorld
Bizim payız sessiyamız Azərbaycan tarixinin ən şərəfli dövrləri ilə üst-üstə düşür. Dörd il bundan əvvəl, 2020-ci ilin payızında, eləcə də, ötən ilin sentyabr ayında müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Silahlı Qüvvələri düşmənə sarsıdıcı zərbələr endirib, torpaqlarımızın 30 illik işğalına son qoyub.
TurkicWorld-in məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, üç gün öncə, sentyabrın 27-də Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizin, qətlə yetirilmiş mülki vətəndaşlarımızın və itkin düşmüş soydaşlarımızın xatirəsi dərin ehtiramla yad edildi.
"Azərbaycan düşmən üzərində tarixi qələbələri xalqımıza bəxş edən müzəffər sərkərdəmiz İlham Əliyevə, cəsur əsgər və zabitlərimizə əbədi olaraq minnətdardır", - deyə S.Qafarova əlavə edib.