Bakı. TurkicWorld
Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatik, xüsusi və xidməti pasportlara malik şəxslərin qısamüddətli vizalardan qarşılıqlı azad edilməsi haqqında memorandum imzalayıblar.
TurkicWorld xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkəsində paylaşım edilib.
Sənədi BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində iki ölkənin xarici işlər nazirləri - Ceyhun Bayramov və şahzadə Faysal bin Fərhan imzalayıblar.