Son dəqiqə

ADEX beynəlxalq müdafiə sərgisi

Azərbaycan üç adda yeni pulemyotlar istehsal edib

Bakı, TurkicWorld

Azərbaycan üç adda yeni pulemyotlar istehsal edib.

TurkicWorld verir ki, hazırda pulemyotlar ADEX sərgisində nümayiş etdirilir.

Məlumat verilib ki, pulemyotlar canlı və yüngül texniki vasitələri məhv etmə qüvvəsinə malikdir.

AZ 14.5 adlı pulemyot kalibri 14,5 x114 olan silahdır və yüngül zirehli texnikalara quraşdırılır.

İPP 12.7 AH 12.7 adlı pulemyotların kalibri 12,7x108-dir və silah yüngül zirehli texnikalara quraşdırılır.

Qeyd edək ki, 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" sərgisi keçirilir. Paralel olaraq, 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları "Securex Caspian" sərgisi də təşkil edilib. İlk "ADEX" sərgisi 2014-cü ildə təşkil edilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir ki, fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir.

Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkəti və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30000-dən çox qonaq ziyarət edib.

Mövzuya görə xəbərlər