Son dəqiqə

Birinci Qarabağ müharibəsi

Şəhid Mübariz Məmmədovun nəşinin qalıqları dəfn edilib

Bakı, TurkicWorld

Bu gün 1-ci Qarabağ müharibəsində itkin düşmüş və eyniləşdirilmiş şəhid Məmmədov Mübariz İlyas oğlunun nəşinin qalıqları dəfn olunub.

TurkicWorld -in məlumatına görə, şəhid Mübariz Məmmədov Nizami rayonu, Keşlə qəsəbəsi Şəhidlər Xiyabanında dəfn edilib.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, qazilər, şəhid ailələri, döyüş yoldaşları iştirak ediblər. Cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub.

Qeyd edək ki, şəhid Mübariz Məmmədov 13.08.1966-cı il tarixdə Tovuz şəhərində doğulub, 29.09.1992-ci il tarixdə Ağdam şəhəri Sırxavənd kəndində itkin düşüb.

Mövzuya görə xəbərlər