Bakı, TurkicWorld
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar parlament seçkiləri ilə əlaqədar 63 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsi üzrə qeydə alınan namizəd Vahid Qocayevin, 11 saylı Binəqədi-Qaradağ Seçki Dairəsindən qeydə alınan namizəd Fəxrəddin Mehdiyevin və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə qeydə alınan namizəd Araz Şahverdiyevin müraciətlərinə baxılıb.
TurkicWorld xəbər verir ki, MSK namizədin müraciətini təmin etməyib, DSK-ların qərarları qüvvədə saxlanılıb.
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.