Bakı, TurkicWorld
Ermənistanın silahlandırılması bölgədə sabitlik və sülhün yaradılmasına əngəl olan faktordur.
TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Serbiya xarici işlər naziri Marko Curiçlə birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, Serbiya XİN rəhbərinə işğaldan azad edilən ərazilərdə aparılan geniş bərpa-quruculuq işləri, insanların geri dönüşü ilə bağlı ətraflı məlumat verilib.
"Ermənistan konstitusiyasında Azərbaycan ərazisinə dair iddiaların hələ də qaldığı faktı qeyd edildi. Sülh və normallaşma prosesi üçün ən ciddi təhdid elementi olduğunu bildirdim. Ermənistan regionda sülh üçün maraqlıdırsa, ciddi addımlar atmalıdır", - deyə nazir əlavə edib.