Son dəqiqə

Azərbaycan

Azərbaycan Prezidentinin tapşırığı ilə Türkiyəyə yola salınmış FHN-in təyyarəsi İzmirdə eniş edib

Bakı. TurkicWorld:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi Türkiyəyə çatıb.

Bu barədə TurkicWorld-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, İzmir şəhəri Adnan Menderes Hava Limanında eniş edən təyyarə ən qısa müddətdə yanğınlarla mübarizə əməliyyatına başlayacaq.

Mövzuya görə xəbərlər