Bakı. TurkicWorld
7 avqust 2024-cü il tarixində Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində növbədənkənar görüşü keçirilib.
Xarici İşlər Nazirliyindən TurkicWorld-a verilən məlumata görə, görüşdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Yalçın Rəfiyev təmsil edib.
Tədbir zamanı İsrail-Fələstin münaqişə zonasinda son vəziyyət, onun regiona yaratdığı təhdidlər və həll yolları müzakirə edilib.
Görüşün sonunda Yekun Kommünike qəbul edilib.