Son dəqiqə

Heydər Əliyev Fondu Leyla Əliyeva

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Xocalı soyqırımının şahidi olmuş Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib

Bakı. TurkicWorld

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Xocalı soyqırımının şahidi olmuş Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib.

TurkicWorld xəbər verir ki, əklil mərhumun məzarı önünə qoyulub.

Qeyd edək ki, Xocalı soyqırımı zamanı səkkiz gün erməni girovluğunda qalmış Dürdanə Ağayeva dünən uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib. 1972-ci ildə Xocalıda anadan olan Dürdanə Ağayeva soyqırımı zamanı ermənilər tərəfindən girov götürülüb, 8 gün erməni girovluğunda qalıb. D.Ağayeva əsirlikdən sonra "Erməni zindanında səkkiz gün" kitabını yazıb.

Mövzuya görə xəbərlər