Paşinyan Ərdoğanla görüşəcəyini istisna etməyib

Paşinyan Ərdoğanla görüşəcəyini istisna etməyib

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Türkiyə dialoqu üzrə xüsusi nümayəndələrin uğurlu danışıqlar aparacağı təqdirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyə hazır olduğunu bildirib.

TurkicWorld-un məlumatına görə, bu barədə N.Paşinyan öz "Facebook" səhifəsində canlı yayımda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, R.T.Ərdoğanla görüş barədə heç bir fikir yoxdur, lakin Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan ilə türkiyəli həmkarı arasında danışıqlar prosesi uğurlu olarsa və proses o ana qədər yetişərsə, təbii ki, bunun ardınca yüksək səviyyəli görüşlər keçirilməlidir:

"Yəni proses uğurlu olarsa, təbii ki, Ərdoğanla görüşüm baş tutacaq".