Son dəqiqə

NATO Hikmət Hacıyev COP29

NATO-Azərbaycan tərəfdaşlığının cari vəziyyəti və gələcək perspektivləri müzakirə olunub

Bakı.TurkicWorld :

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin iştirakı ilə NATO-nun Daimi Nümayəndələrinin Müavinləri Komitəsinin üzvlərinin görüşü keçirilib.

TurkicWorld -in məlumatına görə, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

O qeyd edib ki, H.Hacıyev NATO-Azərbaycan tərəfdaşlığının cari vəziyyəti və gələcək perspektivləri, Azərbaycanın regional məsələlərdə və enerji təhlükəsizliyində mühüm rolu, COP29-a hazırlıq prosesi, iqlim və yaşıl həmrəylik gündəliyi, eləcə də Ermənistanla normallaşma prosesi və sülh gündəminin irəliləməsi barəsində tərəfdaş ölkələrlə səmərəli müzakirələr aparıb.

Mövzuya görə xəbərlər