Son dəqiqə

Ceyhun Bayramov Bakı Moskva İrəvan

Rusiya Azərbaycanla Ermənistan arasında barışığı dəstəkləməyə hazırdır - Rusiya XİN

Bakı.TurkicWorld:

Moskva İrəvanla Bakı arasında barışığı dəstəkləməyə hazır olduğunu təsdiqləyir.

TurkicWorld-ün məlumatına görə, bu barədə TASS-a müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Nazir müavininin sözlərinə görə, Rusiya tərəfi Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun mayın 10-11-də Qazaxıstanda keçirilən və sülh müqaviləsinin hazırlanmasına yönəlmiş görüşünü müsbət qiymətləndirir.

"Onun keçirilməsi tərəflərə Cənubi Qafqazda sülh və sabitlik yolunda irəliləmək imkanı verdi. Bu istiqamətdə daha bir mühüm addım atılıb", - deyə M.Qaluzin qeyd edib.

Nazir müavini əlavə edib ki, Moskva artıq iki dəfə - 2023-cü ilin may və iyul aylarında Bakı və İrəvan arasında sülh danışıqlarının raundlarına ev sahibliyi edib:

"Biz Rusiyaya qardaş olan iki xalqının barışmasına hərtərəfli dəstək verməyə, regiondakı bütün ölkələrin təhlükəsizliyini və rifahını təmin etmək üçün qarşılıqlı məqbul və balanslaşdırılmış həll yollarının axtarışını təşviq etməyə davam etməyə hazırıq".

Mövzuya görə xəbərlər