Bakı. TurkicWorld:
Fransa Cənubi Qafqazda Azərbaycanın güclənməsini əngəlləməyə çalışır.
TurkicWorld xəbər verir ki, bu sözləri siyasi şərhçi Əhməd Şahidov ARB24 Televiziyasına açıqlamasında deyib.
"Fransanın son dövrlər Azərbaycana qarşı təxribat yönümlü addımları bitmək bilmir. Mütəmadi olaraq, Bakıya qarşı ittiham xarakterli açıqlamalar verən Parisin narahatlığı əslində Cənubi Qafqazda güc balansının Azərbaycanın xeyrinə kəskin dəyişməsidir", - deyə o əlavə edib.
Siyasi şərhçinin sözlərinə görə, Fransa bölgədə Azərbaycanı özünə yeni rəqib görür və bundan da ciddi narahatlıq keçirir.
"Bakının artan gücünü əngəlləmək məqsədilə müxtəlif beynəlxalq platformalarda Azərbaycana qarşı qərəzli siyasətini davam etdirir", - deyə o vurğulayıb.