Fransa azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarında iştirak etmək niyyətindədir - Səfir

Fransa azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarında iştirak etmək niyyətindədir - Səfir

Fransa işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarında iştirak etmək niyyətindədir.

TurkicWorld xəbər verir ki, bunu Suqovuşanda səfərdə olan Fransanın Azərbaycandakı səfiri Zakari Qross Real TV-yə müsahibəsində deyib.

Səfir bildirib ki, ölkəsi Azərbaycanla Ermənistan arasında dialoqun sürətləndiriləcəyinə ümid edir.

"Burada olmaq vəziyyətlə yerində tanışlıq baxımdından vacib idi. Biz kəndə çox yaxın ərazidə minanın olduğunu gördük. Azərbaycanla minatəmizləmə fəaliyyətində əməkdaşlıq etmək niyyətindəyik. Eyni zamanda, ümid edirik ki, su, meliorasiya, elektrikləşdirmə sahələri üzrə də əməkdaşlıq etmə imkanı qazanacağıq. Fransa hökuməti öz dəstəyini göstərməyə hazırdır. Azərbaycanla Fransa arasında ikitərəfli əməkdaşlığa dair layihə var. İşğaldan azad olunan ərazilərin sülh yolu ilə inkişaf etdiyini görməkdən məmnunam. Eyni zamanda, iki ölkənin də inkişafı üçün Ermənistan və Azərbaycan arasında sülh olacağına, tərəflər arasında davamlı dialoqların keçiriləcəyinə ümid edirik", - deyə səfir qeyd edib.