Türkiyə prezidenti Soçidə keçirilən üçtərəfli görüşün əsas nəticələri barədə məlumatlandırılıb

Türkiyə prezidenti Soçidə keçirilən üçtərəfli görüşün əsas nəticələri barədə məlumatlandırılıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

TurkicWorl-un məlumatına görə, Putin Ərdoğanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə keçirilən üçtərəfli görüşünün əsas nəticələri barədə məlumatlandırıb.

Məlumata əsasən, Türkiyə prezidentinin xahişi ilə Vladimir Putin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə 10 noyabr 2020-ci il Qarabağla bağlı bəyanatın imzalanmasının ildönümünə həsr olunmuş üçtərəfli görüşünün əsas nəticələri barədə məlumat verib.