Son dəqiqə

Azərbaycan Moldova Azərbaycanda Prezident Seçkiləri - 2024

Moldova nümayəndə heyəti Azərbaycanda Prezident seçkilərini müşahidə edəcək

Bakı. TurkicWorld:

Moldova Mərkəzi Seçki Komissiyasının (MSK) müşahidə missiyası fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkilərini izləyəcək.

TurkicWorld Secki-2024.az-a istinadən xəbər verir ki, 3 nəfərdən ibarət olacaq nümayəndə heyətinə Moldova MSK-nın sədri Anjelika Karaman rəhbərlik edəcək.

Nümayəndə heyətinə, həmçinin Mərkəzi Seçki Komissiyasının üzvləri Sergiu Lazar və Natalia Arvat daxildir.

Moldova MSK-nın müşahidə missiyası səsvermədən sonra seçkinin nəticələrinə dair hesabat yayacaq.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Mövzuya görə xəbərlər