Biz qardaş Azərbaycanla regional və qlobal səviyyədə əməkdaşlığın gücləndirilməsinə böyük əhəmiyyət veririk - Altun

Biz qardaş Azərbaycanla regional və qlobal səviyyədə əməkdaşlığın gücləndirilməsinə böyük əhəmiyyət veririk - Altun

Bakı. TurkicWorld:

Biz qardaş Azərbaycanla regional və qlobal səviyyədə əməkdaşlığın gücləndirilməsinə böyük əhəmiyyət veririk.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Adminstrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşü zamanı deyib.

"Dost və qardaş Türkiyə ilə Azərbaycan arasında həm kommunikasiya, media və ictimai diplomatiya sahələrində, həm də dezinformasiya ilə mübarizədə regional və qlobal səviyyədə əməkdaşlığın gücləndirilməsinə böyük əhəmiyyət veririk. Biz gələcəkdə əməkdaşlığımızı daha da artıracağıq. Türkiyə və Azərbaycan həqiqət uğrunda mübarizəsini daim davam etdirəcək",- deyə Altun bildirib.

Aytac Süleymanova

Twitter: a_alieva_