Son dəqiqə

Prezident İlham Əliyev

Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək - SƏRƏNCAM

Bakı. TurkicWorld:

Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb.

TurkicWorld xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

Mövzuya görə xəbərlər