Bakı. TurkicWorld:
ATƏT uzun illərdir ki, öz effektivliyini göstərmir.
TurkicWorld xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 30-cu iclasında deyib.
"ATƏT Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrini aradan qaldırmaq vəzifəsi daşıyan yeganə təşkilat idi. Lakin uzun illər Ermənistanın həyata keçirdiyi qeyri-qanuni fəaliyyətlərə qarşı mübarizədə səmərəsiz olduğu ortaya çıxdı. Təşkilat bizim qanuni çağırışlarımıza məhəl qoymamaq praktikası ilə çıxış etdi”, - deyə o bildirib.
Nazir qeyd edib ki, ATƏT-in münaqişənin həllində iştirak etmək imkanı olub, lakin təəssüf ki, Ermənistanın maneələri və bəzi iştirakçı dövlətlərin qərəzli münasibəti səbəbindən bu şans əldən verilib.