Son dəqiqə

Ceyhun Bayramov Azərbaycan XİN Leo Dokerti

Azərbaycan XİN rəhbəri Leo Dokerti Ermənistanla normallaşma gündəliyi barədə məlumatlandırıb

Bakı. TurkicWorld:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Dövlət katibinin Avropa məsələləri üzrə müavini Leo Dokertini bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu fəaliyyətə maneə törədən mina təhdidi, habelə Azərbaycanın Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təsis edilməsi planları və bu istiqamətdə atılan praktiki addımlar, habelə Ermənistanla normallaşma gündəliyi barədə məlumatlandırıb.

Bu barədə TurkicWorld -ə Xarici İşlər Nazirliyindən bildirilib.

Bununla yanaşı nazir Ceyhun Bayramov Azərbaycanın Böyük Britaniya ilə çoxşaxəli münasibətlərinə önəm verdiyini vurğulayaraq, iki ölkə arasında siyasi, iqtisadi, enerji, təhlükəsizlik və humanitar sahələrdə mövcud tərəfdaşlığın daha da gücləndirilməsi imkanlarına toxunub və siyasi dialoqun intensivləşdirilməsinin yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi baxımından önəmli olduğunu bildirib.

Mövzuya görə xəbərlər