Müdafiə naziri "EDGE" şirkətinin stendini ziyarət edib

Müdafiə naziri "EDGE" şirkətinin stendini ziyarət edib

Bakı. TurkicWorld:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən "Dubai Airshow 2023" beynəlxalq sərgisində nümayiş etdirilən BƏƏ-nin "EDGE" şirkətinin stendində nümayiş etdirilən silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.

Bu barədə TurkicWorld -ə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, sərgi çərçivəsində şirkətin rəhbəri ilə keçirilən görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri, eləcə də, qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.